Yeni “Cəhənnəm şeytanı” (Hellboy) Apreldə Çıxacaq!

12 Mart, 2019


"Qəribə məxluqlar" (Stranger Things) serialı ilə tanınan Devid Harborun (David Harbour) baş rolunda oynadığı, Nil Marşal (Neil Marshall) imzalı yeni “Cəhənnəm şeytanı” (Hellboy) filmindən dörd yeni görüntü paylaşıldı.

Mayk Minyola nın(Mike Mignola) yaratdığı Hellboy karakteri, Gilyermo del Toronun (Guillermo del Toro) rejissoru olduğu, Ron Perlmanın (Ron Perlman) baş rolunu üstləndiyi 2004 və 2008-ci il istehsalı iki film, kinoteatrlarda böyük uğura imza atmışdı.. Del Toro seriyanın davamını sonlandırmaq üçün 3-cü filmi çəkmək istəmiş olsa da, rejissorun bu film üçün tələb etdiyi büdcəyi çox yüksək hesab edən Lionsgate, onun yerinə yeni versiyanı çəkməyi seçir.



18+ yaş həddi olacağı üçün, komiksdəki o qanlı dünyayı daha yaxşı göstərəcəkləri deyilən yeni  “Cəhənnəm şeytanı” (Hellboy) filmində, sevilən xarakteri "Qəribə məxluqlar" (Stranger Things) serialı ilə adını geniş auditoriyaya tanıdan Devid Harbor (David Harbour) canlandırır. Filmin rejissorluğunu isə 2000-ci illərin ən yaxşı qorxu filmlərindən “The Descent” ilə məşhurluq qazanan Nil Marşal (Neil Marshall) üzərinə götürüb. Marşal, “The Descent”dən sonra çəkdiyi “Doomsday” və “Centurion” ilə eyni təəssüratı yarada bilməmiş olsa da, “Taxt oyunları” (Game of Thrones) serialının ən bəyənilən iki seriyasının rejissorluğunu edərək, uyğun ssenari və büdcə verildiyində, ortaya necə keyfiyyətli bir iş çıxara biləcəyini göstərmişdi.



“Cəhənnəm şeytanı”nın (Hellboy) 18+ film kimi ekrana çıxarılacaq olması, həm də Nil Marşal (Neil Marshall) ilə Devid Harboru bir araya gətirən yaradıcı heyəti ilə maraq oyandıran filmdən dörd yeni görüntü yayımlandı. Paylaşılan bu yeni görüntülərdə Hellboy, Wild Hunt olaraq bilinən, canavarları ovlamaq üçün həm müasir teknologiyalardan, həm də orta əsrlərdəki cəngavər adət-ənənələrindən faydalanan bir qrupla birlikdə at sürərkən görünür. Bir digər görüntüdə isə sevilən xarakteri, İen Makşeyn (Ian McShane) tərəfındən canlandırılan professor Bruttenholm ilə birlikdə görürük.



İlk filmin mövzusu - İkinci Dünya müharibəsi gedir. Almanlar bütün mövqelərdə məğlubiyyətə uğrayır, zəfər dalğası Üçüncü Reyxi həmişəlik tərk edir. Hitler hər zaman hərbi təmayüllü elmi dəstəkləyib, Almaniyanın elmdə bir neçə addım irəli olmaqla mütləq hökmranlığa nail olmasına çalışıb. Faşist Almaniyasında əksər alimlər fürerin əmri ilə məhz bu istiqamətdə çalışıb. Belə gizli eksperimentlərdən birində cəhənnəmdən Yerə Şeytan gətirilir. Onun köməyi ilə faşistlər müharibənin gedişatını dəyişmək istəyir, ancaq müttəqif qüvvələrə aid xüsusitəyinatlı dəstə əməliyat keçirərək laboratoriyaya daxil olur və mistik silahı nasistlərin özünə qarşı tətbiq edir. Alimlər təsəvvür belə edə bilməzdilər ki, axirət dünyasının qapıları açıldıqdan sonra insanların nəzarətindən çıxacaq və Şeytandan daha qorxulu məxluqlarla üzləşməli olacaqlar...

Ssenarisini “Eureka” serialının yaradıcısı olan Endrü Kosbinin (Andrew Cosby) qələmə aldığı filmdə Hellboy, qisas atəşi ilə yanan və insanlığa müharibə elan edən bir cadugərə qarşı mübarizə aparacaq.




Filmin aktyor heyətində Devid Harborla (David Harbour) yanaşı İen Makşeyn (Ian McShane), Deniel De Kim (Daniel Dae Kim), Saşa Leyn (Sasha Lane) kimi məşhur adlar yer alarkən; filmin mənfi xarakterini, son illərdə “Resident Evil” filmləri ilə məşhurlaşan Milla Yovoviç (Milla Jovovich) canlandıracaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər