Gilyermo del Toro

Gilyermo del Toro

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA
Gilyermo del Toro 9 oktyabr 1969-cu ildə Meksikada doğulub. Elm institutunda təhsil alıb. Katolik nənəsinin himayəsi altında böyüyüb. Nənəsi həddindən çox konservativ insan olub. Hələ yeniyetmə yaşlarından o filmlərin istehsalı ilə yaxından maraqlanmağa başlayıb. Del Toro 10 ilə yaxın filmlərdə aktyorların qrimi ilə məşğul olub. 1980-ci illərdə o “Nekrokopiya” adlı xüsusi effektlərdən ibarət öz şirkətini yaradır. Eyni zamanda o Meksika televiziyasında rejissorluq və prodüserliklə də məşğul olurdu. Del Toro Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) yaşayır. Onun ilk uğur qazanan filmi “Xronos” olub. Film Meksikada 9 mükafat qazanıb. Bu uğurdan sonra Toro ilk hollivud filmini “Mutantlar”ı (1997) istehsal edir. Onun filmləri kritiklər tərəfindən yüksək qiymətləndirilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5%D0%BB%D...

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç