Devid Harbor

Devid Harbor

Aktyor

BİOQRAFİYA

Devid Harbor 10 aprel 1975-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. 1997-ci ildə Hanover Dram kollecini bitirib. Harbor peşəkar karyerasına 1999-cu ildə küçə teatrında başlayıb. Elə həmin ildə “Qanun və qayda” serialında epizodlardan birində ofisiant rolunu canlandırıb. 2005-ci ildə Harbor “Kim Virciniya Vulfdan qorxur?” tamaşasındakı roluna görə “Toni” mükafatına namizəd göstərilib. 2000-ci illərdə Harbor Bond filmlərindən olan “Mərhəmət Kvantı”, “Dəyişiklik yolu”, “Böyük oyun” kimi filmlərə çəkilərək məşhurlaşır. Əsl məşhurluğu isə “Çox qəribə iş” elmi-fantastik serialına çəkilməklə qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/David_Harbour

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç