Riçard Cenkins

Riçard Cenkins

Aktyor

BİOQRAFİYA
Riçard Cenkins 4 may 1947-ci ildə İllinoys ştatının De-Kalb şəhərində (ABŞ) dünyaya gəlib. Cenkins əvvəllər teatrda işləyib, 1974-cü ildə isə televiziyada debüt edib. O vaxtdan televiziya və kinoda bir çox ikinci dərəcəli rollar oynayıb. Yanlız 2000-ci ildə Nataniel Semüel Fişer (böyük) rolunu canlandırdığı “Müştəri həmişə ölüdür” serialından sonra məşhurlaşmağı bacarır. Baş rolunu canlandırdığı “Ziyarətçi” filmi də kifayət qədər uğurlu alınır və Riçard bu filmdəki işinə görə "Ən yaxşı kişi aktyoru" kateqoriyası üzrə “Oskar”a namizəd göstərilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Richard_Jenkins
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç