Azğın Güllə ( Blunt Force Trauma 2015 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, ABŞ, 16+
Azğın Güllə Blunt Force Trauma
97 dəq.
az, ru, en
1080p, 720p, 360p
Kəskin
5 TvSeans   4.6 IMDb   4.9 Kinopoisk  
Filmi izlə
Sonra izlə

Təsvir

Filmdə hadisələr tamaşaçını uzaq Kolumbiyaya aparır. Sivil cəmiyyətin qurulmasına, texnologiya və mədəniyyət səviyyəsinin inkişaf etməsinə baxmayaraq, ölkənin bəzi yerlərində hələ də vəhşi əyləncə növləri mövcuddur. Belə zorakı əyləncə növlərindən biri məhz “Azğın güllə” filminin əsas süjet xəttini təşkil edir. Ölümcül təhlükəli oyunun qaydasına əsasən, xüsusi zirehli jiletdə olan iki iştirakçı bir-birindən bir neçə metr məsafədə təbaşirlə halqa çəkir və hər biri öz halqasının mərkəzində dayanır. Hər iştirakçının qoburasında içi dolu tapança yer alır. Səs siqnalının verilməsindən sonra iştirakçı çevik hərəkətlə tapançanı qaldırıb rəqibə atəş açır və onu halqadan kənarlaşdırmağa çalışır. Güllənin zərbəsindən halqa hüdudlarından çıxan iştirakçı məğlub olmuş hesab olunur. Halqada qalan tərəf isə iri məbləğli mükafat və yüzlərlə tamaşaçının rəğbətini qazanır. Həmçinin başqa, daha təcrübəli və çevik oyunçu ilə meydana çıxmaq imkanı əldə edir. Baş qəhrəmanlar Kolt və Con məhz bu yarışda iştirak etməklə dolanırlar. Onlar bir-birilə gizli yarışların birində tanış olurlar. Sonradan bu tanışlıq sevgi münasibətləri ilə əvəz olunur. Ancaq hisslər döyüş meydanında onların işini çətinə salır, onları çətin seçim qarşısında qoyur.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Ken Senzel
Ssenarist(lər):
Ken Senzel
Baş Rollarda:
Mikki Rurk, Rayan Kvonten
Digər Rollarda:  
Frida Pinto, Con Mak, Ceyson Gibson

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç