Con Mak

Con Mak

Aktrisa, ssenarist, prodüser, rejissor, bəstəkar

BİOQRAFİYA

Con Mak – amerikalı aktrisadır. Daha çox “Amitvil Qətlləri” (2018), “Azğın güllə” (2015), “Qır-saqqız kişi” (2012), “Mişar 6” (2009) filmlərində oynadığı rollara görə tanınır. ABŞ-ın Miçiqan ştatında, dram müəllimi və teatr direktorunun ailəsində dünyaya göz açıb. Uşaqlığı Roçesterdə babasının onlarla hektar sahəsi olan fermasında keçib. 5 yaşından artıq teatr səhnəsinə çıxır. Əsli polşalıdır. Orta məktəbi bitirdikdən sonra Nyu-York Universitetinin Tiş Ali İncəsənət Məktəbinə daxil olub. Təhsili başa vurduqdan sonra Los-Ancelesə köçüb və orada Kaliforniya Universitetinə qəbul olunub. Tələbəlik illlərindən başlayaraq bədii filmlərə çəkilməyə başlayıb. ABŞ tamaşaçıları arasında “Doroti Dendriclə tanış olun” (1999) filmində oynadığı roldan sonra tanınmağa başlayıb. Daha sonra bir sıra televiziya layihələrindən də təkliflər gəlməyə başlayıb. Populyar qorxu filmi “Mişar”ın altıncı hissəsində Ceyn adlı narkoman obrazını yaradıb. 2012-ci ildə “Qır-Saqqız” kişi filmində Cerard Batlerin qəhrəmanını “caynağına keçirməyə” çalışan ərsiz ana obrazını yaradıb. Filmdə Cessika Biel, Uma Turman və Ketrin Zeta Cons kimi ulduzlar çəkilib. 2013-cü ildə "Millenium Entertainment" şirkətinin “Hörümçəklər” filmində görüntülənib. Uil Smitin baş rola çəkildiyi “Bizim eradan sonra” elmi fantastik filminin çəkilişləri və səsləndirilməsində iştirak edib. 2015-ci ildə Miki Rurkla birgə “Azğın güllə” filmində ikinci dərəcəli rolu ifa edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0533023/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç