Qanlı Yanvar ( Bloody January 2015 ) yüksək keyfiyyətlə onlayn izlə və bax

Xahiş edirik, filmə
1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, Azərbaycan, 16+
Qanlı Yanvar Bloody January
138 dəq.
8.48   Imdb 8.4    KinoPoisk: 8.2
Tarixi Kəskin Dram Hərbi

Hörmətli dostlar!
Bu filmi seyr etmək üçün Filmi izlə düyməsinə basın və filmə internetdəki mənbələrdən ən yüksək keyfiyyətlisinə baxaq.

Filmi izlə
SONRA İZLƏ
20 yanvar 1990-cı il. O gün Azərbaycan xalqının tarixində Qanlı Yanvar kimi qalacaq. Məhz həmin gün Azərbaycan adlı kiçik bir respublika öz milli azadlığı və müstəqilliyi uğrunda böyük bir imperiya ilə mücadiləyə qalxdı və sovet ordusu tərəfindən qanına qəltan edildi. Azərbaycan şəhərlərinə daxil olan sovet ordusu tank və digər ağır texnika ilə qarşısına çıxanı qırırdı. Ən böyük toqquşmalar paytaxt Bakıda baş vermişdi. 140-a yaxın yerli sakin və 30-a qədər əsgər və zabit həlak olmuşdu. Qəlblərindəki Azadlıq Yanğısı ilə alışan gənclər və yeniyetmələr ən şirin nemət olan həyatlarından belə keçməyə hazır olduqlarını meydana qoydular.
“Qanlı Yanvar” filmi həmin hadisəni bizə bir azərbaycanlı ailəsinin - Nərimanovların gözü ilə göstərir. İki qardaş – KQB zabiti, kommunist Nəcəf və sovet ordusunun keçmiş zabiti, indi demokrat - inqilabçı Mehdi bir-birilərinə əks düşüncələrinə görə ölüm-dirim mübarizəsinə qalxıblar. Dramın mərkəzində onları boya-başa çatdıran ANA – Xədicə xanım bir sipər kimi dayanır. Hər iki qardaş Azərbaycanı çiçəklənən və firavan görmək istəyir. Xədicə xanımın sözləri ilə desək, “... Sadəcə, onların yolları və yoldaşları ayrıdır!”. Vətən, Ana və Ailə sevgisinin qarşılaşdırıldığı film hər kəsin öz həqiqətini tanıyır. Amma bütün həqiqətlərdən başqa ali bir həqiqət də var...
Qanlı Yanvar hadisələrinin iştirakçısı olan rejissor Vahid Mustafa Yev filmdə real hadisələri canlandırmağa və qarşıda duran bir sıra suallara da cavab tapmağa çalışıb - Müstəqilliyin qiyməti, Anaların və övladların məsuliyyəti necə hesablanır, ümumiyyətlə, əlində silah olan bir kəs ədalətli ola bilərmi?

RƏY BİLDİR (8 rəy)

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Залатой Парен Сертса Залатой  •  03.10.2018
cox yaxsi saytdir xosum geldi
MRX ( EMAREX )  •  21.08.2018
sizin sayti paylasmadigim sosial sebeke qalmadi cox tesekkur edirem bu gozel sayt ucun
Rasim Islamzade  •  06.05.2018
12:35 den sonra gosdermir film
TVSEANS_MV  •  06.05.2018
Əziz Rasim salam. Yazdığınız status yoxlanıldı və sistemdə heç bir qüsur tapılmadı. Xahiş edirik internet və ya browserinizi yoxlayin. Film bütün sürətlərdə yaxşı göstərir. Ekranın aşağı sağ rəfində dişli təkər işarəsinə basın və orada 360 keyfiyyətini seçin. Narahatlığa görə üzr istəyirik.
Тариель Гамбаров  •  28.01.2018
На русском перевели ужасно к сожалению а так фильм ништк )) удачи вам ))
TVSEANS_MV  •  06.05.2018
Zdravstvuyte Tariel. K sojaleniyu mi s vami polnostyu soglasni. Perevod sdelan ne studiyey TVSEANS. No uçitivaya mnogochislenniye prosbi nashix zriteley mi vstavili perevod i dublyaj etoy na moy vzqlyad prekrasnoy kartinı v plan TVSEANS i Vi kak i mnogiye drugiye lyubiteli tvorchestva Vahida Mustafayeva smojete uvidet etot film v dostoynom kachestve russkogo yazika. Prinosim svoi izvineniya za prichinenniye neudobstva.
said ibragimov  •  21.01.2018
super filmdi.....mən bu hadisələrin vaxtında yaşamışam və bu filmə baxanda elə bilirdim ki təzədən o illərə gayitmişam...bu atəşləri tankların səslərini yenə eşidirdim...və 20 yanvarın səhərsi dəhşətini təzədən yaşadım((((((Allah şəhidlərimizi rəhmət eləsin!!!!!!!!........(Nigar İbrahimova)
Haci Aliyev  •  05.01.2018
Sözün əsl mənasında Azərbaycan Film səlnaməsinə qızıl hərflərlə yazılası bir filmdir. Təşəkkürlər Vahid Mustafayev! Təşəkkürlər ANSçilər!