Nəbahət Çehrə

Nəbahət Çehrə

Aktrisa, model, müğənni

BİOQRAFİYA

Nəbahət Çehrə 15 mart 1944-cü ildə Samsun (Türkiyə) adlı sahilkənarı türk şəhərində doğulub. Onun ailəsi orta sinif klassik nümayəndələrinə məxsus idi. Anası uşaqların tərbiyəsi və ev işləri ilə məşğul olub. Atası isə (Gürcüstanın Acara şəhərindəndir) hüquq bürosunda məmur işləyib. Ailənin iki uşağı arasında Nəbahət Çehrə böyük olduğu üçün 1949-cu ildə vəfat edən atasının ölümünü kiçik qardaşından daha ağır keçirir. Anasınin yeni həyat yoldaşlarını isə aktrisa qəbul edə bilmir. Bunun nəticəsində ailələrində ab-hava gərginləşir və Nəbahət Ç. ailəni tərk edib müstəqil həyata başlamağı düşünür. 15 yaşında ikən "Miss Türkiyə" müsabiqəsində iştirak edir və bu parlaq gün aktrisanın sonrakı taleyini dəyişir. O, doğma ölkəsinin birinci gözəli kimi tanınır və buna görə də sonradan yeni maraqlı həyata keçid alır. O tez-tez yeni müxtəlif jurnallarda və reklam çarxlarında çəkilməyə və dəfilələrdə iştirak etməyə başlayır. Onu küçələrdə tanımağa başlayırlar və qısa bir zamanda o yalnız öz doğma şəhərində yox, bütün Türkiyədə ulduza çevrilir. 1960-65-ci illərdə qəhrəmanımız öz ölkəsini nüfuzlu beynəlxalq "Miss World" və "Miss Universe" müsabiqələrində də təqdim edir. 1962-ci ildə aktrisa müvəffəqiyyətlə kinokastinqi keçir və ilk filmi olan “Əsir quş” (Esir Kuşu) romantik melodramında rol alır. Bu filmdə Nəbahət Çehrə əsas rollardan birini alır. Bu səbəbdən də filmin nümayişindən sonra o özünü türk kinematoqrafiyasının əsl ulduzu kimi hiss edir.

Bütün karyerası ərzində Nəbahət Çehrə 70-dən çox filmdə, eləcə də bir neçə uğurlu televiziya serialında rol ifa edib. Onun film üzrə ən uğurlu işləri “Rinqo vadilər aslanı”, “Zorro qamçılı atlı”, “Zorronun intiqamı”, “Adsız döyüşçü”, eləcə də bir sıra digər işləri öz əksini tapıb. Azərbaycanda çəkildiyi yeganə ekran əsəri Vahid Mustafa Yev in "Qanlı Yanvar" filmidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://az.wikipedia.org/wiki/N%C9%99bahat_%C3%87e...

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç