Yalanda Gizlənən Nədir? ( What Lies Beneath 2000 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, ABŞ, 16+
Yalanda Gizlənən Nədir? What Lies Beneath
125 dəq.
az, ru, en
1080p, 720p, 360p
Dram Kriminal Fantaziya Detektiv Məhəbbət Triller Qorxu
6.8 TvSeans   6.6 IMDb   7 Kinopoisk  
Filmi izlə
Sonra izlə

Təsvir

Norman Spenser – müəllim və tədqiqatçı-alimdir. Qızları kolecə daxil olub başqa şəhərə köçdüyündən, həyat yoldaşı Klerlə yalqız qalır. Yeni qonşuları Fyürün elə günü olmur ki, evində şüvən-mərəkə düşməsin. Bir gecə Kler pəncərədən boylanaraq, qonşunun özünü olduqca şübhəli apardığını və yığılmış xalçanı avtomobilinin baqajına yerləşdirdiyini görür. Çox keçmədən gözünə bir il əvvəl yoxa çıxmış Medison adlı tələbə qızın ruhu görünməyə başlayır. Medison onun ərinin dərs dediyi qrupda oxuyub. Norman həyat yoldaşının qarabasmalarının avtomobil qəzasının fəsadı olduğunu izah etməyə çalışır. Ancaq psixiatr əksinə Klerə ruhla rabitəyə girməyi tövsiyyə edir. Klerin buna cəhd etməsindən sonra o az qala başqa xarakterli insana çevrilir. Özünü qəribə şəkildə aparan Kler itkin düşmüş tələbə kimi açıq-saçıq geyimlər geyməyə və ərini ehtiraslandırmağa çalışır. Ölüsü tapılmayan Medisonun ona deyəcəyi hələ çox şeylər var...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Robert Zemekis
Ssenarist(lər):
Klark Qreqq
Baş Rollarda:
Harrison Ford, Mişel Pfayffer
Digər Rollarda:  
Vendi Krüson, Co Morton, Miranda Otto

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç