Mişel Pfayffer

Mişel Pfayffer

Aktrisa

BİOQRAFİYA
Mişel Pfayffer 29 aprel 1958-ci ildə Kaliforniya ştatının Santa-Ana şəhərində (ABŞ) anadan olub. Film karyerasının başlanğıcını 1980-ci ildə rol aldığı “The Hollywood Knights"la edib. Amma ilk dəfə “Scarface” (1983) filmindəki performansı ilə diqqətləri üzərinə çəkib. Pfayffer “Dangerous Liaisons” filmindəki rolu ilə “Ən yaxşı köməkçi qadın aktrisa”, “The Fabulous Baker Boys” (1989), “Love Field” (1992) filmləri ilə “Ən yaxşı qadın aktrisa” kateqoriyalarında Akademiya Mükafatına namizəd göstərilib. Maddi baxımdan böyük uğur əldə edən filmləri isə “Batman Returns” (1992), “What Lies Beneath” (2000) və “Hairspray”dir (2007). Oynadığı digər filmlər arasında “Ladyhawke” (1985), “The Witches of Eastwick” (1987), “Married to the Mob” (1988), “The Age of Innocence” (1993), “Wolf “ (1994), “Təhlükəli düşüncələr” (1995), “I Am Sam” (2001) kimi ekran əsərləri var. Mişel Pfayffer 1981-88-ci illərdə Piter Hortonla evli olub. 1993-cü ildən ssenarist və prodüser Devid Edvard Kelli ilə evlidir. Klaudia-Roza adlı qızı övladlığa götürüb (1992), Con-Henri adlı doğma oğlu var (1994).

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Mi%C5%9Fel_Pfayfer

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç