Arxa - Arxaya ( Back to Back 1996 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, ABŞ, 16+
Arxa - Arxaya Back to Back
86 dəq.
az, ru, en
720p, 360p
Kəskin Dram Kriminal
6.2 TvSeans   5.8 IMDb   6.6 Kinopoisk  
Filmi izlə
Sonra izlə

Təsvir

Yapon yakudza lideri iki nümayəndəsini Los-Ancelesə göndərir. Onlara yerli mafia başçısının öldürülməsi həvalə olunur. Hideo və Kodzi restorana basqın edir. Ancaq özünü “Elvis Presli” sayan psixopatın partlayıcı qurğu və avtomatlarla peyda olması onların planlarını alt-üst edir. Hideo həlak olur. Kodzi isə dəlini zərərsizləşdirsə də, polis tərəfindən həbs olunur. Polis bölməsində onu leytenant Düsak sorğu-sual edir. Əlinə düşən fürsətdən istifadə edən Kodzi bölmədə işləyən atası Bob Melounu görməyə gəlmiş Çelsi adlı qızı girov götürür. Melloun yapon yakudza nümayəndəsini ələ keçirib, qızını azad edir. Lakin onunla söhbət əsasında polis leytenantı Düsakın əslində satqın olduğunu və Kodzini aradan götürmək əmrini vermiş yerli mafia başçısına işlədiyini öyrənir. Sirrin açılmasından sonra o özü də təhlükə qarşısında qalır. Meloun düşmənlərə qarşı Kodzi ilə çiyin-çiyinə döyüşməyə məcbur olur...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Rocer Nayqard
Ssenarist(lər):
Rocer Nayqard, Skott Nimerfro
Baş Rollarda:
Maykl Ruker, Ryö İsibasi
Digər Rollarda:  
Lilend Orser, Bobket Qoldtueyt, Daniel Harris

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç