Daniel Harris

Daniel Harris

Aktrisa

BİOQRAFİYA

Daniel Andrea Harris – amerikalı kino, televiziya və səsləndirmə aktrisası, kinorejissor və prodüserdir. Qorxu filmlərinə mütəmadi olaraq çəkildiyinə görə, “qışqırıq kraliçası” titulunu qazanıb. “Hellouin 4: Maykl Mayersin qayıdışı” (1988), “Hellouin 5: Maykl Mayersin qisası” (1989), həmçinin onun remeykləri “Hellouin” (2007) və “Helloin 2” (2009) filmlərində yaratdığı obrazlarla tanınır. Onun iştirakı ilə çəkilmiş digər filmlərə “Ürəyində arzu tut” (1996), “Arxa-Arxaya”, “Şəhər əfsanələri” (1998), “Çəkic 2” (2010), “Vampirlər torpağı” (2011), “Zülmü görmürəm 2” (2014) kimi filmləri misal göstərmək olar. Daniel Harris 1 iyun 1977-ci ildə ABŞ-ın Nyu-York ştatının Plenvyu şəhərində anadan olub. Əslən yəhudidir. 4 yanvar 2014-cü ildən Devid Qrossla evlidir. Onların iki oğlu var. 1995-ci ildə məşhurlaşan aktrisanın başına qorxulu hadisə gəlib. Onun gözəlliyinə məftun olan dəlisov fanatı təqib etməyə başlayıb. İş o həddə çatıb ki, Kristofer Smoll adlı həmin şəxs əlində tüfəng Danielin evinə daxil olaraq onu və ailə üzvlərini öldürməklə hədələyib. Xoşbəxtlikdən polis vaxtında hadisə yerinə gələrək, onu həbs edib. Məlum olub ki, həmin manyak onun “Rozanna” serialında yaratdığı Molli obrazına vurulub. Smollun təqibləri 2000-ci illərdə də davam edib. Onun Twitter-lə təhdid dolu ismarıclar yollamasından sonra, məhkəmə onun barəsindən qətimkan tədbiri seçib və aktrisaya yaxınlaşmasını və ya onunla əlaqə qurmasını qadağan edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D1%80%D1%80%D0%B8%D1%81,_%D0%94%D0%B0%D0%BD%D0%B8%D1%8D%D0%BB%D1%8C

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç