Zita və Gita ( Seeta Aur Geeta 1972 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, Hindistan, 12+
Zita və Gita Seeta Aur Geeta
162 dəq.
az, ru
720p, 360p
Məhəbbət Dram Ailəvi Komediya Musiqili
8 TvSeans   6.9 IMDb   7.4 Kinopoisk  
Filmi izlə
Sonra izlə

Təsvir

Filmin baş qəhrəmanları doğulduqdan sonra bir-birindən ayrı düşmüş əkiz bacılar – Zita və Gitadır. 17 il ötür. Zita nənəsi, əmisi və əmisinin ailəsi ilə birlikdə valideynlərinin malikanəsində yaşayır. Ata-anasının ölümündən sonra “ifritə” əmisi arvadı həddindən artıq fağır olan Zitanı demək olar ki, evin qulluqçusuna çevirir. Onu təhqir edərək, hər xırda məsələyə görə döyür və aşağılayır. Bu arada qaraçılar tərəfindən oğurlanmış Gita isə onu himayəsinə götürmüş aztəminatlı ailədə böyüyür. Dolanmaq üçün qonşuları Raka və balaca Çino ilə küçədə müxtəlif sirk tryukları təşkil edir. Günlərin bir günü əmisi arvadı və onun qardaşının əziyyətlərinə dözə bilməyən Zita, həyatına son qoymaq üçün evi tərk edir. Gita isə analığı ilə dalaşdıqdan sonra evdən çıxır. Körpüdən özünü atan Zitanı Raka xilas edir və onun Gita olduğunu sanır. Gitanı isə əmisi arvadı Zita bilərək evə aparır. Yerləri səhv düşsə də müxtəlif maraqlı sərgüzəştlərdən sonra hər ikisi həyatda xoşbəxtlik və məhəbbət tapır...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Rameş Sippi
Ssenarist(lər):
Cavid Əhtar, Səlim Xan
Baş Rollarda:
Dharmendra, Hema Malini
Digər Rollarda:  
Sanciv Kumar, Manorama, Honi İrani

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç