Dharmendra

Dharmendra

Aktyor, prodüser

BİOQRAFİYA

Dharmendra 8 dekabr 1935-ci ildə Hindistanın Pəncab vilayətində doğulub. Mühafizəkar ailədə böyüyən Dharmendra kinoya çəkilməyi yalnız xəyallarında canlandırırdı. Valideynlərinin təkidi ilə 19 yaşında evlənən Dharmendra Amerika şirkətlərindən birində işə düzəlir. Bir müddət sonra o, kino üçün yeni sima tapmaq məqsədilə keçirilən "Filmfare" jurnalının təşkil etdiyi müsabiqəyə qatılır. Prodüser Arcun Hunqoraninin təklifinə raziliq verərək, "Həyat da, ürək də sənin üçündür" filminə çəkilmək üçün müqavilə imzalayır. Bu film uğur əldə etmir, amma Dharmendra üçün başlanğıc olur. 60-cı ilin əvvəllərində "Məhbus" (1963), "Taleyin hökmü" (1962) kimi filmlərdə rol alır. O həmçinin "Məhəbbət erası" (1964) filmində əsas rollardan birini canlandırır. Bu filmdə o, superulduz Racendra Kumar və “Gözəllik İlahəsi” titulunu almış Sayra Banu ilə birgə rol alır. Daha sonralar "Həqiqət" (1964), "Kölgə" (1965), "Ana məhəbbəti" (1967) filmlərinə çəkilir. Bu müddətdə Dharmendra kifayət qədər məşhurlaşır və populyar aktrisa Mina Kumarı ilə ekran cütlüyü formalaşdırır. Onlar birlikdə yeddi filmdə baş rolu ifa edirlər. Onların "Daş və çiçək" (1966) filmi hitə çevrilir. Dharmedranın ilk həyat yoldaşı Prakaş Kaur olub. Onlar 1954-cü ildə ailə qurublar. Bu nikahdan iki oğlu (Sanni və Bobbi aktyordur) və iki qızı var (Vicita və Acita). İkinci nikahı aktrisa Hema Malini ilədir. Cütlüyün Eşa və Ahana adlı iki qızı var. Dharmendra və Hema Malini arasındakı məhəbbət hekayəsi bütün dünyada məşhurdur. Dharmendra ilə Hema Malini ilk dəfə 1972-ci ildə “Zita və Gita” filmində üzləşiblər. Onların ekran qəhrəmanları Raka və Gita arasındakı sevgi real həyatda da öz davamını tapıb. 1975-ci ildə hind kinosunun ən böyük hitlərindən sayılan “Qisas və qanun” filmində isə bu hisslər bütün çəkiliş heyətinə aşkarlanıb. Maraqlıdır ki, ilk vaxtlar Hema Malininin atası qızının Dharmendra ilə ailə həyatı qurmasına qəti razılıq vermir. Ata qızının evli kişi ilə evlənməsini heç cürə qəbul edə bilmir. Lakin 1978-ci ildə o, ürək tutmasından vəfat edir. Dharmendra ilk nikahını pozmadan 1980-ci ildə özünə yığcam toy mərasimi təşkil edir. 1980-ci illərin ortalarından sonra Dharmendra kinoda get-gedə daha az çəkilməyə başlayır. O, daha çox ikinci plan rollarda, gənc aktyorların atası ampluasını qəbul edir. Paralel olaraq, prodüserliklə də məşğul olur. Dharmendranın Hema Malini ilə nikahından Eşa və Axana adlı iki qız övladı var. Yaşlı və orta nəsil Azərbaycan tamaşaçıları Dharmendranı “Daş və çiçək” (1966), "Gözəl və məğrur” (1970), “Zita və Gita” (1972), “Mənim adım Kloundur” (1972), “Sevimli Rac” (1972), “Qisas və qanun”  (1975), “Məhəbbətin əbədi nağılı” (1977), “Əlibaba və qırx quldur” (1980), “Yanan qatar” (1980), “Raziyə Sultan” (1983), “Üç müşketyor” (1984) kimi filmlərdəki yaddaqalan obrazlarla xatırlayırlar. Cütlüyün birgə çəkildiyi 28 filmdən 16-sı hitə çevrilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Dharmendra

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç