“Fantastik Məxluqlar 3”ün Premyera Tarixi Dəyişdirildi!

01 May, 2019

Harry Potter (Harry Potter) kainatında baş verən “Fantastik Məxluqlar və Onların Məskunlaşdığı Yer 3”ün (Fantastic Beasts and Where to Find Them 3) çəkilişləri bir dəfə daha təxirə salınaraq, premyera tarixi də 12 noyabr 2021-ci il olaraq dəyişdirildi.

“Fantastik məxluqlar” (Fantastic Beasts) seriyasının 2-ci filmi “Fantastik Məxluqlar: Qrin-de-Valdın Cinayətləri”nin (Fantastic Beasts: The Crimes of Grindelwald) ardından Warner Bros., 3-cü filmin 2020-ci ildə izləyicilərin ixtiyarına veriləcəyini açıqlamışdı. Ancaq prodüser komandasının ssenari üzərində daha detallı işləyə bilməsi üçün çəkiliş tarixinin ertələnməsinin ardından Warner Bros.’dan edilən yeni açıqlamaya görə seriyanın 3-cü filmi 2020-yə çatdırılmayacaq. Filmin, bunun yerinə ilk başlarda planlanan premyera tarixinden bir il sonra, 12 noyabr 2021-ci ildə premyerası olacaq.

Похожее изображение

“Fantastik Məxluqlar: Qrin-de-Valdın Cinayətləri” (Fantastic Beasts: The Crimes of Grindelwald) filminin kassada gözlənilən uğuru əldə edə bilməməsinin ardından, seriyanın 3-cü filmi üçün plan üzərində daha sıx çalışmaq istədiklərini söyləyən Warner Bros. Rəhbəri Toby Emmerich, premyera tarixinin ertələnməsinin filmin uğuru üçün faydalı olacağını qeyd etdi. Warner Bros. Paylaşım Bölməsi rəhbəri Ron Sanders isə J. K. Rowling’in qurduğu sehrli dünyanın yeni bir parçasını böyük ekrana gətirəcək olmaqdan həyəcan duyduğunu, seriyanın 3-cü hissəni dünyanın dört bir yanındakı filmsevərlərlə bölüşmək üçün səbirsizləndiyini dilə gətirdi.

Картинки по запросу ‘Fantastic Beasts 3’ release date set for November 2021, production moving to 2020

Seriyanın 3-cü filminin çəkilişlərinin 2020-ci ilin yazında başlaması gözlənilir. Seriyanın ilk filmi “Fantastik Məxluqlar və Onların Məskunlaşdığı Yer” (Fantastic Beasts and Where to Find Them) və ikinci filmi “Fantastik Məxluqlar: Qrin-de-Valdın Cinayətləri” (Fantastic Beasts: The Crimes of Grindelwald) filmlərinin rejissorluğunu edən Devid Yeyts (David Yates), 3-cü film üçün yenidən rejissor kürsüsünə oturacaq. Filmin ssenarisini isə Harri Potter (Harry Potter) seriyasının yaradıcısı C.K.Roulinq (J. K. Rowling) yazır.

fantastic-beasts-the-crimes-of-grindelwald-nagini-credence

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər