Martin Skorzesenin Bob Dilan Haqqında Filminin İlk Treyleri Çıxdı!

08 Iyun, 2019

Martin Skorzese (Martin Scorsese) imzalı Bob Dilan haqqında sənədli filmi "Rolling Thunder Revue: A Bob Dylan Story by Martin Scorsese"dən ilk treyler yayımlandı. Film, 12 iyunda Netflixdə yayımlanacak.

Martin Skorzesenin (Martin Scorsese) rejissorluğunu etdiyi, 1975-ci il Amerikasının gərgin atmosferi altında Bob Dilanı və sənətçinin Rolling Thunder Revenue turnesi ilə geniş kütlələrə əl çatmaq üçün fürsət tapan musiqisini göstərəcək olan Netflix sənədli filmi Rolling Thunder Revue: A Bob Dylan Story by Martin Scorsese‘dən ilk treyler yayımlandı. 12 iyunda Netflixdə tamaşaçıların ixtiyarına veriləcək film, Netflixdə yayımlanmadan bir gün əvvəl Paris, Vaşinqton, London və Nyu-York da daxil olmaq üzrə Netflixin müəyyən etdiyi 20 fərqli şəhərdə xüsusi buraxılışla tamaşaçıların ixtiyarına veriləcək. Netflix ayrıca filmi, mükafat sezonunda yer ala bilməsi üçün payız aylarında Los-Anceles və Nyu-Yorkda kinoteatrlarda göstərəcək.

Картинки по запросу Watch The Trailer For Martin Scorsese’s New Bob Dylan ‘Rolling Thunder Revue’ Documentary

Filmdə Bob Dilanın Rolling Thunder Revue turnesində göstərdiyi canlı performans və məşq etdiyi anların video yazısı istifadə olunur. İzləyicilərə turne performanslarını ən ön sıradan izləmə fürsəti verən film, eyni zamanda Dilanın Nyu-York S.I.R. studiyalarında gerçəkləşdirdiyi turne məşqlərinin yeni kəşf edilən video yazılarını da musiqisevərlərlə paylaşır.

Картинки по запросу Watch The Trailer For Martin Scorsese’s New Bob Dylan ‘Rolling Thunder Revue’ Documentary

Bob Dilan və Martin Skorzese (Martin Scorsese) daha əvvəl 2005-ci ildə Bob Dilanın həyatını və 20-ci əsrin dünya musiqisinə təsirlərini göz önünə sərən musiqi haqqında sənədli filmi No Direction Home’da da birlikdə çalışmışdı. Taxi Driver, Goodfellas, Raging Bull kimi unudulmaz filmləri, film dünyasına qazandıran Martin Skorzesenin (Martin Scorsese) karyerasında Rolling Stones sənədli filmi Shine a Light və “The Beatles’ın sakit gitaristi” George Harrison’ın həyatına hədəflənən George Harrison: Living in the Material World kimi proyektlər də yer alır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər