Deklan Kuinn

Deklan Kuinn

Operator, prodüser

BİOQRAFİYA

Deklan Kuinn 1957-ci ildə Çikaqoda (ABŞ) anadan olub. Çikaqoqun Kolumbiya Koleccində təhsil alıb. Karyerasının başlanğıcında "U2" rok qrupu ilə 1984-cü ildə “The Unforgettable Fire” və 1987-ci ildə “Outside It’s America bədii filmlərinin çəkilişlərində operator kimi işləyib. Rejissor Maykl Fiqqinsin “Las Veqası tərk edərkən” filmləri ilə tanınır. Rejissor Nil Cordanın “Plutonda səhər yeməyi” və Qevin Okonnorun “Qürur və şöhrət” filmlərinin operatoru olub. 2002-ci ildə 52-ci Berlin Beynəlxalq kinofestivalının münsiflər heyətində iştirak edib. 1996-cı ildə “Las Veqası tərk edərkən”, 1998-ci ildə “Kama Sutra: Məhəbbət hekayəsi” və 2004-cü ildə “Amerikada” filmlərində ən yaxşı operator işinə görə üç dəfə “Müstəqil ruh” mükafatına layiq görülüb. İrlandiya və Amerika kinooperatorlar cəmiyyətinin üzvüdür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%83%D0%B8%D0%BD%D0%BD,_%D0%94%D0%B5%D0%BA%D0%BB%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç