Pol Vayts

Pol Vayts

Prodüser, ssenarist, rejissor

BİOQRAFİYA

Pol Vayts 19 noyabr 1965-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Ata tərəfdən yəhudi, ana tərəfdən irland-meksikalı köklərə malikdir. Nyu-Yorkda "Allen-Stevenson School" və "Collegiate School" məktəblərində təhsil alıb. 1988-ci ildə Uels Universitetini bitirib. Rejissor Kris Vaytsın böyük qardaşıdır. “Fakerlərlə tanışlıq 2” (2010) komediya filminin, “Mosart cəngəllikdə" (2014), "Amerika piroqu” (1999), “Oğlanım” (2002), “İki nəfərlik imtahan” (2013) və sair filmlərin rejissoru olub. “Qarışqa Antz” (1998), “Amerika arzusu” (2006), “Nənə” (2015), “Mosart cəngəllikdə" (2014) və sair filmlərin ssenaristi olub. “İki nəfərlik imtahan” (2013), “Qızıl kompas” (2007), “Əla kampaniya” (2004), “Belkanto” (2018), “Amerika piroqu: Birlikdə" (2012) və sair filmlərə prodüserlik edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Paul_Weitz_(filmmaker)

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç