Kellan Lats

Kellan Lats

Aktyor, prodüser

BİOQRAFİYA

Kellan Kristofer Lats 15 mart 1985-ci ildə Dikkinson (Şimali Dakota) şəhərində anadan olub. O, ailənin dördüncü uşağıdır. Onun altı qardaşı və bir bacısı var. 14 yaşında ikən o, ailəsi ilə birgə Arizonaya köçür və orada aktiv idmanla məşğul olur. Karyerasının başlanğıcında Kellan bir sıra televiziya şoularında iştirak edib. O Model Citizens televiziya proqramında və Qayıdış teleserialında təkrarlanan rol almışdı, həmçinin Cəsur və gözəl CSI: NY, Əbədi yay, Müştəri həmişə ölüdür, CSI 2 və Qəhrəmanlar kimi teleseriallarda epizodik rollar canlandırıb. Lats 2008-ci ildə Stefani Mayerin eyni adlı romanı əsasında romantik fentezi janrında çəkilmiş Alatoran filmində Emmet Kallen rolunu canlandırır. O həmçinin paralel olaraq The CW telekanalında yayımlanan 90210 teleserialında Corc Evans rolunu ifa edir. Lats onunla birlikdə Alatoran filmində baş rola çəkilmiş yaxın dostu Eşli Qrinlə yenidən bir araya gələrək, Döyüşçünün ürəyi filmində çəkilir. Bundan başqa Lats 2010-cu ilin aprel ayında çəkilmiş Qarağac küçəsində qarabasma filmində yuxusunda onu təqib edən adamı gördüyündən yata bilməyən və buna görə də rəfiqəsi Krisin gözü qabağında böğazını kəsərək özünəqəsd edən Din Rassel rolunu, 2011-ci ildə çəkilmiş Ölümsüzlər filmində isə dəniz tanrısı Poseydonu oynamışdı. Kellan Konan filmində baş rol almağa əsas namizəd olsa da, sonda bu rol Ceyson Marmoaya qismət olmuşdu. Kellan Mikki Rurkla birgə rejissor Konnor Ellin tərəfindən 2013-cü ildə çəkilmiş Yava bürküsü filmində Ceyk Travers rolunu canlandırmışdı. Lats heyvanları qoruyan PETA xeyriyyə cəmiyyəti ilə əməkdaşlıq edir. O, həmçinin, ulduzları heyvanları almağa deyil, küçədə qalan heyvanları qorumağa və evlərinə götürməyə çağırır. O həmçinin Nyu-Orleanın bərpasının, xüsusən də Sen Bernar layihəsinin həyata keçirilməsinin tərəfdarıdır. Lats ekzotik və yerli pişiklərin onixektomiya əməliyyatı (pişiklərin dırnaqlarını əməliyyat yolu ilə amputasiyası) haqqında Pəncə proekti adlı sənədli filmin çəkilişlərini təqdir etmişdi.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Kellan_Lats

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç