Uillou Smit

Uillou Smit

Aktrisa, ssenarist, prodüser

BİOQRAFİYA

Uillou Kamil Reyn Smit 31 oktyabr 2000–ci ildə Uill Smitin və Cada Pinkett–Smitin ailəsində doğulub. Özündən böyük Ceyden Smit və Uillard Kristofer Smit adlı qardaşları var. Qardaşı Cedenlə birlikdə Project Zambia və Hasbro şirkətinin Afrikanın HİV virusuna yoluxan uşaqlara yardım xeyriyyə layihəsinin gənc səfiridir. İlk dəfə 2007-ci ildə atası ilə birlikdə “Mən əfsanəyəm” filminə çəkilib. Onun iştirakı ilə növbəti film “Kit Kittrec: amerikanlı qızcığazın tapmacası” 2008-ci ildə  böyük ekranlara çıxır. Həmin ili Uillou “Madaqaskar 2” cizgi filmində begemot Qloriyanı səsləndirib. 2013-cü ilin yayında Smit və DJ Fabrega “Melodic Chaotic” adlı duet yazdırır. “The Intro” adlı birinci sinql, “Summer Fling”adlı ikinci sinqlı buraxır. Lakin mahnının sözləri gənc müğənninin yaşına uyğun olmamasına görə Uillou tənqid atəşinə tutulur. 16 sentyabr 2013-cü ildə Smit “Queen Latifah Show” premyerasında Summer Fling mahnısını ifa edib. 2014-cü ilin əvvəlində Uillou qardaşı Ceydenlə birlikdə R&B sinql «5» buraxır. 2014-cü ilin iyulunda isə onu yeni Sinqlı 8” çıxıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BC%D0%B8%D1%82,_%D0%A3%D0%B8%D0%BB%D0%BB%D0%BE%D1%83

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç