Conatan Cekson

Conatan Cekson

Aktyor

BİOQRAFİYA

Conatan Stivens Cekson 11 may 1982-ci ildə ABŞ-ın Orlando ştatında anadan olub. Uşaqlığı Vaşinqton şəhərində keçib. Valideynləri “7-ci günün adventistləri” sektasının üzvləri olub. Ceksonun doqquz yaşı olanda valideynləri bu təşkilatdan ayrılıb. 2012-ci ildə pravoslavlığı qəbul edib. 1993-cü ildə “Baş hospital” adlı sabub operasında Laki Spenser rolunu qazanıb. 1999-cu ilə kimi serialda rolunu qoruyub-saxlayıb. Serialda iştirakına görə 1995, 1998 və 1999-cu illərdə “Emmi” (gündüz) mükafatçısı olub. 2009-cu ildə şouya geri dönərək fəxri otağını daha iki “Emmi” heykəlciyi ilə bəzəyib. Cekson eyni zamanda bir neçə reytinqli filmə, o cümlədən “Okeanın dibində”, “Yuxusuzluq”, “Ölümsüzlər”, İyrənc rəqslər 2: Havana gecələri”, “Bataqlıq” kimi lentlərə çəkilib. 2004-cü ildə “Gülləni çapan” filminə görə “Saturn” mükafatına namizəd olub. Bundan başqa “Terminator: Gələcək uğrunda savaş” fantastik serialına çəkilib. 2012-ci ildə isə “Neşvill” serialında daimi rol qazanıb (Eyveri Barkli). Liza Valtaqqio ilə evlidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%B5%D0%BA%D1%81%D0%BE%D0%BD,_%D0%94%D0%B6%D0%BE%D0%BD%D0%B0%D1%82%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç