Emili Bronte

Emili Bronte

Yazıçı

BİOQRAFİYA

Emili Bronte 1818-ci ildə Tornton, Yorkşirdə anadan olub. 6 uşağın 5-cisi olan Emili, Şarlotta Brontenin kiçik bacısı idi. 1820-ci ildə ailə Havorda köçüb. Uşaqlıq illərində analarının ölümündən sonra, üç bacı və qardaşları Branvel Bronte xəyali yerləri xəyal etmişdilər ki, bunların adlarına yazdıqları hekayələrdə rast gəlirik. Emilinin o dövrdə qələmə aldığı işlərindən çox az bir qismi bu günümüzə qədər gəlib çatıb. Emili 1838-ci ildə Halifaks yaxınlığındakı Mis Patşetin Qız Akademiyasında işləyib. Daha sonra, işinə bacısı Şarlotta ilə birlikdə Brüsseldəki özəl bir məktəbdə davam edib. Emilinin şairəlikdəki istedadının ailəsi tərəfindən kəşf edilməsi ilə, bacıları Şarlotta və Enn ilə birlikdə 1846-cı ildə ortaq bir şeir kitabı yayımladılar. Əsəri dövrün qadın yazıçılara qarşı qəsdi-qərəzliklərdən qurtula bilmək məqsədi ilə həm oğlan, həm də qadın adı olaraq işlədilən təxəllüslərlə çap etmişdilər. İşlətdikləri təxəllüslər gerçək adlarının baş hərflərilə eyni baş hərfi daşıyırdı: Şarlotta (Charlotte) üçün Karrer Bell (Currer Bell), Emili üçün Ellis Bell və Enn (Anne) üçün Ekton (Acton) Bell. 1847-ci ildə tək romanı olan Tufanlı Yoxuşlar romanını yayımlamışdı ki, bu roman üç cildlik bir seriyanın ilk iki cildini təşkil edirdi. Son cild bacısı Enn tərəfindən yazılan Aqnes Qreyadlı romandır. Romanın müasirlikçi tərəfi tənqidçiləri ciddi bir şəkildə təəccübləndirmişdi. Hər nə qədər ilk yayımlananda həm yaxşı, həm də pis şərhlər alsa da, roman zamanla bir ingilis ədəbiyyatı klassiki halına gəlir. 1850-ci ildə Şarlotta, romanı yayıma hazırlamış və Emilinin gerçək adıyla, təkbaşına bir əsər olaraq “Tufanlı Yoxuşlar” adıyla yayımlamışdı. Bacıları kimi, Emilinin sağlamlığı da evdəki və məktəbdəki çətin vəziyyət səbəbilə zəifləmiş, pisləşmişdi. Qardaşının sentyabrdakı cənazəsi dövründə qrip olur və hər cür tibbi müdaxiləni rədd etdikdən sonra, 19 Dekabr 1848-ci il tarixində vəfat edir. Havord, Qərbi Yorkşir bölgəsində dəfn edilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Emili_Bronte 

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç