Sarla Yeolekar

Sarla Yeolekar

Aktrisa

BİOQRAFİYA

Sarla Yeolekar – hindistanlı aktrisadır. Hindistanın Solapur şəhərində anadan olub. Kinodebütünü 1975-ci ildə gerçəkləşdirib. Kinematoqrafiya sahəsində fəaliyyətinə “Zinda Dil” filmi ilə başlayıb. Həmin filmdən sonra bir neçə kinofilmə baş rola çəkilib, həmçinin müxtəlif televiziya verilişlərinin çəkilişində iştirak edib. Sarla Yeolekarın rol aldığı filmlər başlıca olaraq dram, melodram, qismən döyüş və müzikl janrlarını özündə biləşdirir. Sarla xariqüladə mahnıları, gözoxşayan rəqsləri, şıltaq ədaları ilə yaddaşlarda qalıb. Karyerası ərzində onlarla filmdə rol alıb. Post-sovet məkanında çoxları onu “Oyna-oyna” filminin aktrisası kimi tanıyır. Onun filmdə “ifa etdiyi” “Zubi, zubi” mahnısı indiyə kimi sevilərək, bir çox müğənnilərin repertuarında istifadə olunur. Ədalət xatirinə demək lazımdır ki, əslində dublyajda mahnını “A. Çinay” adlı müğənni oxuyub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://fb.ru/article/374881/sarla-yeolekar---legenda-indiyskogo-kino

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç