Mandakini

Mandakini

Aktrisa

BİOQRAFİYA

Mandakini (əsl adı - Yasmin Cozef) – hindistanlı aktrisadır. Bəzi mənbələrə görə 7 yanvar, digər mənbələrə görə 30 iyul 1969-cu ildə Hindistanın Uttar-Pradeş ştatının Merath şəhərində dünyaya göz açıb. Şəxsiyyətini təsdiq edən sənədə əsasən əsl adı Yasmin Cosefdir. Anası Kaya Manqu hindistanlı müsəlman, atası Cenq Cozef ingilis katolikdir. Yasminin bir bacısı və bir qardaşı var. Doğma şəhərində orta qızlar məktəbini, daha sonra ingilis kollecini bitirib. İngilis və hind dilin də mükəmməl səviyyədə danışır. Uşaqlığından bəri aktrisa olmağı arzulayıb. 1983-cü ildə kino məktəbinə daxil olmaq üçün Bombeyə köçüb. Model qismində müxtəlif fotosessiyalarda iştirak edib, Ümumhindistan gözəlik müsabiqəsinin qalibi olub. Tezliklə öz füsunkar xarici görünüşü ilə kinematoqrafların diqqətini cəlb edib. 16 yaşında olanda, 1985-ci ildə Rac Kapurun “Qanq sənin suların bulanıb” filmində debüt edib. Mandakini təxəllüsünü ona elə Rac Kapur verib. Filmin triumfal uğurundan sonra Mandakini hind kinosunun ulduzuna çevrilib. Həmin filmdə oynadığı rola görə "Filmfare Award" mükafatına namizəd olub (ən yaxşı qadın rolu nominasiyasında). Karyerası ərzində 40-dan çox kinofilmə çəkilib. 1986-cı ildə Mandakini rejissor Umeş Mehrinin “Sevgi torları” filminə çəkilib. 1987-ci ildə Mandakini Mithun Çakraborti ilə birlikdə Sovet məkanında kifayət qədər populyar olan “Oyna-oyna” romantik dramına baş rola çəkilib. Onların bu dueti sonradan başqa filmlərdə də təkrarlanıb: “Komandos”, “Sevgi naminə qurban”, “Düşmən”, “Parıltı”, “Üç dost”, “Tənhalıq” və sair. 1996-cı ildə kinokaryerasına son qoyub. Buna baxmayaraq müxtəlif estrada şoularında iştirak edib, müğənni olaraq iki albom buraxıb. 1990-cı ildə Tibet loğmanı Rinşop Txakura ərə gedib. Onların Hanqukri adlı oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BD%D0%B4%D0%B0%D0%BA%D0%B8%D0%BD%D0%B8_(%D0%B0%D0%BA%D1%82%D1%80%D0%B8%D1%81%D0%B0)

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç