Kris Yanq

Kris Yanq

Aktyor, prodüser, rejissor

BİOQRAFİYA

Kristofer Tayler Yanq 28 noyabr 1971-ci ildə Çambersburq şəhərində (Pensilvaniya ştatı) anadan olub. Anası Cudi Yanq müəllimə və kitabxanaçı, atası Dik Yanq biznesmendir. Yanq şou-biznes karyerasına 15 yaşında başlayıb, “Maks Hedrum” adlı elmi-fantastik teleserialda zəkalı uşaq haker Brüs Linç rolunu oynayıb. Bir çox televiziya seriallarında və tammetrajlı bədii filmlərdə o cümlədən PCU, “Sevgi kitabı” (Book of Love), “Təbiətin qoynunda” (the Great Outdoors) rol alıb. Daha sonra NBC telekanalının “Mister Qriffinin öldürülməsi” filmində (1997) baş rola çəkilib. 2005-ci ildə Disney telekanalının “Məğrur ailə” filminə prodüserlik edib. Həmçinin “Meriqold” romantik komediyasının yaradılmasında iştirak edib. Son illər daha çox musiqi industriyasında fəaliyyət göstərir, "American Idol" müsabiqəsinin qalibi Kelli Klarksonun 12 videoklipinə prodüserlik edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Chris_Young_(actor)

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç