Mark A.Z. Dippe

Mark A.Z. Dippe

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Mark A.Z. Dippe amerikalı rejissor, multiplikator, vizual effektlər üzrə mütəxəssisdir. 1958–ci ildə Alyaskada (ABŞ) anadan olub. 1997–ci ildə "Spaun" filmi ilə debüt edib. 2006–ci ildə tərəfdaşlarla birlikdə "The Animation Picture Company" animasiya studiyası təsis edib. “Spaun” (1997), “Frankeşteyn balığı” (2004), Hellouin 3” (2004) və sair filmləri və “Sualtı qayalar 2: Güclü axın” (2012), “Qarfildin kosmik xüsusi təyinatlıları” (2009), “Əsl Qarfild” (2007) və sair cizgi filmlərinin rejissoru kimi tanınır. Eyni zamanda “Spaun” (1997), "Gigi" (2005) filmlərinin ssenaristi olub. ”Böyük Sten” (2007), "Outback" (2012), “Böyük İsgəndər” (2006) və sair filmləri və “Sualtı qayalar 2: Güclü axın” (2012), “Köpək balığı üçün yem: Qorxulu olmayan film” (2006), “Qarfildin kosmik xüsusi təyinatlıları” (2009) və sair animasiyalara prodüserlik edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_21826/mark-a-z-dippe

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç