Arcun Rampal

Arcun Rampal

Aktyor, ssenarist, prodüser

BİOQRAFİYA

Arcun Rampal — hind aktyoru və modeldir. Arcun model kimi fəaliyyət göstərib və 1994-cü ildə Society's Face of the Year elan edilib. Aktyorluq karyerasına 2001–ci ildə “İlk baxışdan” filmi ilə başlayıb. Film uğursuz olsada, aktyorun oyunu tərifə layiq görülür. Bu rola görə "Arcun Filmfare Award" mərasimində “Ən yaxşı kişi debütü” nominasiyasında "Screen Award" və "IIFA Awards" mükafatlarına sahib olur. Onun növbəti iki filmi “Ehtiraslı məhəbbət” və “Xilas olma” uğursuzluq qazanır. Arcun yalnız 2002-ci ildə Amitabh Baççan, Akşay Kumar və Suşmita Sen ilə tərəf-müqabili olduğu “Təhlükəli oyun” filmindən sonra məşhurluq qazanıb. Film ən çox baxılan filmlər siyahısında dördüncü yeri tutur. Onun çəkildiyi növbəti filmlər “Mənə yalnız sevgi lazımdır”, “Qəlb bağı”, “Bir birini anlamaq”, “Syurexdə missiya” o qədərdə tamaşaçı rəğbəti qazanmır. Onun karyerasında ikinci yüksəliş 2005-ci ildə sabiq polis rolunda çəkildiyi “Toqquşma” filmi olur. Həmin il Amitabh Baççanın baş rolda iştirakı etdiyi “Cangüdən” filmində ilk dəfə mənfi qəhrəman obrazında çəkilir. Lakin 2006-cı ildə “Don - Mafiya başçısı” 1978-ci il eyniadlı filmin remeyki əsl hitə çevrilir. Filmdə baş rolda Şahrux Xan çəkilib. Növbəti il rejissor Farı Xanın “Om Şanti Om” filmində Şahrux Xanla tərəf-müqabili olur. Mənfi qəhrəmn obrazında çıxış edən aktyor Zee Cine Awards mükafatına layiq görülür. Akşay Kumar və Dipika Padukonla çəkildiyi “Dolu ev” filmi də hitə çevrilir. Onun çəkildiyi multiulduzlu “Siyasətçilər” filmi blokbasterə çevrilir. Bu rola görə Arcun “Ən yaxşı ikinci dərəcəli aktyor” nominasiyasında Star Guild Awards IIFA Award Zee Cine Awards mükafatlarını qazanıb. 2011-ci ildə Arcun Rampal yaramaz rolunda çəkilir. Bu dəfə “Gözlənilməz giriş” fantastik filmində öz aktyor oyunu ilə Şahrux Xanı kölgədə qoyur. 2012-ci ildə Karina Kapurla birlikdə rejissor Madhur Bhandarkarın “Qəhrəman” filmində çəkilir, lakin film uğursuz alınır. Rejissorlar Prakaş Djanın Chakravyuh və Sudhir Mijranın Inkaar mübahisəli mövzulu filmlərinə çəkilir. 2015-ci ildə “Trilogiya” filmində çəkilir. 2017–ci ildə Arcun Daddy filmində qanqster Aerun Qavli rolunda çəkilib. Eyni zamanda filmə prodüserlik edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B0%D0%BC%D0%BF%D0%B0%D0%BB,_%D0%90%D1%80%D0%B4%D0%B6%D1%83%D0%B

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç