Aleksandra Ximenes

Aleksandra Ximenes

Aktrisa

BİOQRAFİYA

Aleksandra Ximenes Arreçea 4 yanvar 1980-ci ildə İspaniyanın Saraqosa şəhərində anadan olub. Gəncliyində Ximenes balet və rəqslə məşğul olub. Əvvəl Saraqosanın prestijli məktəbində oxuyub, daha sonra Madriddə təhsil alıb. 15 yaşında peşəkar balerina olub. Ancaq çox keçmədən ayağından aldığı zədəyə görə rəqqasə karyerasını dayandırmalı olub. Aktrisa olmağı qərara aldığından Madridə aktyorluq sənəti kurslarına gedib. Oxuduğu müddətdə “Jurnalistlər”, “Tərəfdaşlar”, “Mərkəzi küçələrin polisləri” kimi seriallara çəkilib. Daha sonra “Serrano” ailəsi serialında Afrika Sans rolunu qazanıb. Ximenes eyni zamanda tammetrajlı və qısametrajlı bədii filmlərə çəkilib, teatr tamaşalarında iştirak edib, model kimi fəaliyyət göstərib. 2005-ci ildə Alexo Suarasla birlikdə ən yaxşı televiziya cütlüyü nominasiyasında “Premio Leche President” mükafatını qazanıb. “Serrano ailəsi” telesitkomunda Afrika Sans və “Əsl ispaniyalı kino” filmində Ramira rolu ilə tanınır. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B8%D0%BC%D0%B5%D0%BD%D0%B5%D1%81,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç