Castin Houkins

Castin Houkins

Bəstəkar, müğənni, gitaraçı, aktyor

BİOQRAFİYA

Castin Devid Houkins 17 mart 1975-ci ildə İngiltərənin Saffolk qraflığının Loustoft şəhərində anadan olub. “The Darkness” qrupunun vokalisti və əsas gitaraçısı kimi tanınır. 70 və 80-ci illərin klassik rok qruplarının təsiri altında böyüyüb. Xüsusilə Queen, Aerosmith, Def Leppard və AC/DC fanatı olub. 2008-ci ildə təsis olunmuş “Hot Leg” qrupunun baş ifaçısı və gitaristi olub. Houkins “The Darkness” qrupunun tərkibində bir sıra Britaniya klub və pablarında çıxış edib. Onların debüt albomu sayılan “Permission to Land” 7 iyul 2003-cü ildə işıq üzü görüb və qısa müddətə Britaniya çartlarında ikinci yerə yüksəlib. Daha sonra birinci pilləyə qalxıb və 4 həftə ərzində liderliyi qoruyub saxlayıb. Albomun Britaniya 1,5 milyon dünya üzrə isə 3,5 milyon nüsxəsi satılıb. Kinoda daha çox “Toy şövqü” (2016), “Rok məktəbi” (2003), “Birict Cons: Səmərəliliyin həddi” (2004), “Sona kimi dayan” (2004) filmlərinə görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm1510097/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç