Req Treviss

Req Treviss

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Reqinald Stiven “Req” Treviss – britaniyalı rejissor və ssenaristdir. 2006-cı ildə Britaniyada “Həzz Bölməsi” (Joy Division) adlı debüt bədii filmi ilə tanınıb. Həmin filmdə baş rollara Ed Stoppard, Bernard Hill, Tom Şillinq, Bernadette Hervagen və Riççi Harnett çəkilib. İkinci dünya müharibəsi mövzusunda olan tarixi dramın ardınca “Psixoz” adlı psixoloji trillerini lentə alıb. Film Lionsgate şirkəti tərəfindən 2010-cu ildə dünya kinoteatrlarına buraxılıb. Daha sonra “Screwed: The Truth About Life as a Prison Officer” adlı kitab əsasında həbsxana həyatından bəhs edən “Screwed” adlı kriminal dramı lentə alıb. 2011-ci ildə böyük ekranlara yol tapan filmdə baş rola Noel Klark çəkilib. Req Treviss 12 fevral 1977-ci ildə Londonda anadan olub. 90-cı illərdən etibarən qısametrajlı filmlər çəkir. 1996-cı ildə prodüserlik etdiyi ilk film Britaniya şahzadəsinin maddi dəstəyi ilə çəkilib. Treviss 2010-cu ilin əvvəlindən məşhur müğənni Emi Uaynhausla sevgi münasibətlərində olub. Aralarında olan vətəndaş nikahının sonuncunun 23 iyul 2011-ci ildəki qəfil ölümünə qədər davam etdiyi bildirilir. Uaynhausun atasının dediyinə görə, onlar evlənməyi planlaşdırırdılar. 2012-ci ildə yuxulu vəziyyətdə olan rəfiqəsini zorlamaqda şübhəli bilinib. Tutarlı sübutların olmamasına görə məhkəmə cinayət işinə xitam verib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Reg_Traviss

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç