Denni Kinq

Denni Kinq

Ssenarist, yazıçı

BİOQRAFİYA

Denni Kinq 5 mart 1969-cu ildə anadan olub. Bənna Maykl Ceyms Kinqin və Doroti Mey Kinqin ikinci oğludur. Denni iki qardaşı – Ralf və Robinlə birlikdə 1979-cu ilə qədər Britvel icmasında yaşayıblar, daha sonra Hempşir qraflığının Yateli şəhərində yaşayıblar. Orada məktəbə gedib. Ancaq 16 yaşında olanda hələ də heç bir peşəsi olmayıb. Məcburiyyətdən müxtəlif tikinti sahələrində fəhləlik edib. 80-ci illərin ortalarında Denni bir neçə dəfə qarətə, həmçinin avtomobil qaçırdığına görə həbs olunub. 1991-ci ildə Farnboro Texnoloji Kollecində getdiyi hazırlıq kursları həyatını yaxşılığa doğru dəyişir. Tezliklə London Kommunikasiya kollecinə daxil olub, jurnalistika fakültəsində ali təhsil alır. 1993-2002-ci illərdə bir neçə jurnalın redaksiyasında çalışır. Hətta bir müddət “Mayfair” jurnalının redaktoru olmağa nail olur. Hazırda həyatını tam olaraq yazıçılığa sərf edib. Arası-sıra filmlərə ssenari yazır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Danny_King_(author) 

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç