Donal Loq

Donal Loq

Aktyor

BİOQRAFİYA

Donal Frensis Loq – kanadalı aktyor, prodüser, rejissor, ssenaristdir. “Bleyd” ekşn-vampir saqasında Kvinn rolu ilə məşhurdur. Bundan başqa “Yer və göy arasında” filmində Cek rolu ilə tanınır. Daha çox ikinci plan rollara çəkilir. Ali təhsilini Harvard Universitetində alıb. 1990-cı ildə ilk dəfə olaraq telefilmə çəkilib. 1992-ci ildə isə bədii filmdə debüt edib. Donala şöhrəti “Kabus sürücü” filmində Mek rolu qazandırıb. Həmçinin “Anarxiya uşaqları”, “Vikinqlər”, “Qotem” seriallarında canlandırdığı obrazlarla yadda qalıb. Aktyor 27 fevral 1966-cı ildə Ottava şəhərində anadan olub. Atası katolik missioner olub. Donalın anası ilə Afrikada tanış olub. Onların bu izdivacından dörd övladı dünyaya gəlib. Loqun üç bacısı var: Karina aktrisadır, əkiz bacıları Derdre və Eylin təhsil müşavirləridir. Donal uşaqlığını El Sentro (Kaliforniya ştatı) şəhərində keçirib. Orta məktəbi isə İngiltərənin St. İqnati kollecində (Enfilddə) bitirib. Orta məktəbi bitirdikdən sonra İrlandiyaya, anasının yanına yollanıb. Donal eyni vaxtda həm Kanada həm də İrlandiya vətəndaşıdır. Dəri xərçəngindən əziyyət çəksə də, ona qalib gələ bilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%BE%D0%B3,_%D0%94%D0%BE%D0%BD%D0%B0%D0%BB

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç