Neş Edgerton

Neş Edgerton

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Neş Edgerton – avstraliyalı kinorejissor, ssenarist, prodüser, aktyor və kaskadyordur. 19 yanvar 1973-cü ildə Avstraliyanın Nyu Saut Uels əyalətinin Blektaun şəhərində anadan olub. Uşaqlığı Dural şəhərində keçib. Anası Marianna Marqaret evdar xanım, atası Maykl Edgerton daşınmaz əmlak məsələləri və alqı-satqılar üzrə vəkildir. Anası holland əsillidir. Qardaşı tanınmış aktyor Coel Edgertondur. Karyerasına kaskadyor olaraq başlayıb. “Matrisa” triologiyasında, “Nazik Qırmızı Xətt”, “Supermen qayıdır”, həmçinin “Ulduz müharibələri” fantastik saqasından 2 və 3-cü epizodlarda kaskadyorluq edib. Daha sonra aktyor və rejissor-ssenarist vəzifələrində özünü sınayıb. 2018-ci ildə qardaşının da mərkəzi rollardan birinə çəkildiyi “Qrinqo” kriminal tragikomediyasını lentə alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Nash_Edgerton

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç