Caz Martin

Caz Martin

Aktyor

BİOQRAFİYA

Caz Martin - ingiltərəli aktyordur. İngiltərənin Yorkşir qraflığının Pontefrakt şəhərində anadan olub. İrland, ingilis və italyan əsillidir. Sanderlend Universitetinin dram bölməsində bakalavr dərəcəsi əldə edib. İlk baş rolunu 2009-cu ildə “Con Kuper Klarkın Gizli Həyatı” ('The Secret Life of John Cooper Clarke') filmində oynayıb. Daha çox “Halifaksda sonuncu tanqo” (Last Tango in Halifax, 2015), “Emerdeyl ferması” (Emmerdale Farm, 2014), “Kral ailəsinin üzvləri” (The Royals, 2016), “Sonrakı saatlar” (After Hours, 2015) film və serialları üzərində gördüyü işə görə tanınır. Karyerası ərzində ümumilikdə 11 bədii film, televiziya filmi və serialın çəkilişlərində iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm3944647/

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç