Yorqos Lanthimos

Yorqos Lanthimos

Rejissor, ssenarist, prodüser, aktyor, montajçı

BİOQRAFİYA
Yorqos Lantimos — yunanlı aktyor, kino və teatr rejissoru, ssenarist, prodüser və montajçı. Yorqos Lantimos Afinada Stavrakos kinoməktəbində kino və televiziya sənətini öyrənib. 1995-ci ildə ilk bədii qısametrajlı filmini çəkib. Eyni zamanda Lantimos teatr tamaşalarına quruluş verib, klip və reklam çarxlarını çəkib. 2004-cü ildə Afinada Olimpiya oyunlarının açılış və bağlanış mərasimlərinin quruluşuna cavabdeh olan kreativ heyətin tərkibində olub. 2009-cu ildə Lantimos Kann festivalında “Xüsusi baxış” proqramının qalibi olan ”Köpək dişi” filmini çəkib. Həmin film “Xarici dildə ən yaxşı film” kateqoriyasında “Oskar” mükafatına namizəd olub. “Kinetta” (2005), “Müqəddəs Maralın öldürülməsi” (2017), “Köpək dişi” (2009), “Lobster” (2015), “Alp dağları” (2011) filmlərinin rejissoru olub. “Köpək dişi” (2009), “Lobster” (2015), “Alp dağları” (2011) filmlərinin ssenaristi və prodüseri kimi çıxış edib. 22 yanvar 2019-cu ildə “Favorit” filmində ən yaxşı rejissor işinə görə “Oskar” mükafatının nominantı olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Yorgos_Lanthimos

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç