Mark Pellinqton

Mark Pellinqton

Rejissor, ssenarist, prodüser, aktyor, montajçı

BİOQRAFİYA

Mark Pellinqton 17 mart 1962–cı ildə Baltimorda (Merilend ştatı, ABŞ) anadan olub. 1984-cü ildə Virciniya Universitetini bitirib. 1984-1990-cı illərdə MTV-də promo-prodüser işləyib. 1984-cü ildən musiqi kliplərində ssenarist və rejissor kimi çıxış edir. Onun ilk işi Leonardo Koenin "Dance Me to the End of Love" musiqisinə çəkdiyi video olub. Özünü televiziyada rejissor kimi sınayan Pellinqton 1997-ci ildən kinorejissor kimi çalışır. Onun rejissor debütü Ceremi Devis, Ben Afflek, Emi Lokeynin çəkildiyi “Yolçular” tragikomediyası olub. “Boşluğa gedən yol” (1997), “Kəpənək adamın öncəgörmələri” (2002) “Səndən bezdim” (2011), “Son söz” (2017), “Yolçular” (1997), “Arlinqtona gedən yol” (1998) və sair filmlərin, “Detektiv Raş” (2003-2010), “Cinayət şöbəsi” (1993-1999), “Qırmızı dul” (2012) və sair serialların rejissoru olub. “Boşluğa gedən yol” (1997), “Səndən bezdim” (2011), "Nostalgiya" (2018) filmlərinin ssenaristidir. “Demək olar məşhur” (2000), “Cerri Maquayer” (1996), “Kəpənək adamın öncəgörmələri” (2002) filmlərinin çəkilişlərində aktyor kimi iştirak edib. “Yer planetindən insan” (2007), “Səndən bezdim” (2011), “Son söz” (2017), “Henri Pul burdadır” (2008) və sair filmlərinin və "Detektiv Raş" (2003-2010) serialının prodüseri olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Mark_Pellington

FİLMOQRAFİYA
Rejissor
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç