Raquvir Yadav

Raquvir Yadav

Aktyor

BİOQRAFİYA

Raqubir Yadav - hindistanlı kino, televiziya və teatr aktyoru, bəstəkar, müğənni və rəssamdır. Kinodebütünü 1985-ci ildə “Massey Sahib” filmində mərkəzi rollardan birini oynamaqla gerçəkləşdirib. “Massey Sahib” filmində oynadığı rol ona iki nüfuzlu beynəlxalq mükafat qazandırıb (1986-cı ildə Venetsiya Kinofestivalında “FIPRESCI Critics Award” mükafatına layiq görülüb, həmçinin ən yaxşı aktyor nominasiyasında IFFI mükafatı ilə təltif olunub). Aktyor 25 iyun 1957-ci ildə Hindistanın Cabalpur şəhərində dünyaya göz açıb. 1977-ci ildə Milli Dram Məktəbini bitirib (Dehli). Rol aldığı üç film ən yaxşı xarici dilli bədii film nominasiyasında “Oskar” mükafatına namizəd olub (“Salam Bombay!”, “Lagaan” və “Su”). Daha çox “Laqaan” (2011), “İlk baxışdan məhəbbət” (1998), “Qandidən Hitlərə” (2011), “Gəlin rəqs edək” (2007) filmləri üzərində gördüyü işə görə tanınır. Karyerası ərzində ümumilikdə 102 bədii film və serialda rol alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0944834/

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç