Viki Kauşal

Viki Kauşal

Aktyor

BİOQRAFİYA

Viki Kauşal - hindistanlı Bollivud aktyorudur. Döyüş janrının rejissoru Şam Kuşalın oğludur. 16 may 1988-ci ildə  Hindistanda anadan olub. Raciv Qandi Texnologiya İnstitutunda mühəndislik ixtisasi üzrə bakalavr dərəcəsi əldə edib. Karyerasına “Vasseypur quldur dəstələri” kriminal dramında (2012) rejissor Anuraq Kaşyapın köməkçisi olaraq başlayıb. Daha sonra Kaşyapın prodüserlik etdiyi iki başqa filmdə epizodik rolla kinodebütünü gerçəkləşdirib. İlk baş rolunu 2015-ci ildə “Masaan” müstəqil bədii filmində oynayıb. Həmin rol ona IIFA və ən yaxşı aktyor debütü nominasiyasında "Screen Awards" mükafatını qazandırıb. Daha çox “Sancay” (Sanju, 2018), “Vasseypurun quldur dəstələri” (Gangs of Wasseypur, 2012), “Masaan” (Masaan, 2015), “Əlbirlik” (Raazi, 2018) filmlərinə görə tanınır. Karyerası ərzində ümumilikdə 13 filmin çəkilişi və səsləndirilməsində iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm5817249/

 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç