Laura Riqan

Laura Riqan

Aktrisa

BİOQRAFİYA

Laura Riqan 11 oktyabr 1977–ci ildə Yeni Şotlandiyada baş nazir Cerald Riqanın ailəsində anadan olub. Yeniyetməykən balerina olmaq istəyən Riqan, aldığı zədə səbəbindən Monrealdakı Makqill Universitetinin aktyorluq fakültəsinə daxil olur. Nyu-Yorka köçdükdən sonra Yeni məktəb Universitetində və Stella Adler Konservatoriyasında təhsilini davam etdirib. 2000-ci ildə ilk dəfə “Qanun və qayda: Xüsusi korpus” televiziya serialının epizodlarında çəkilib. Ardınca “Dözümlü” filmində rol alıb. Riqan “Heyvanla flirt”, “Bir gözlə”, “Gözəgörünməz 2” və “Ölü sükut” filmlərində ikinci dərəcəli rollarda çəkilib. 2014-cü ildə uğursuzluq qazanan “Atlant çiyinlərini düzəltdi: Hissə 3” filmində baş rolda çəkilir. Riqan daha çox “Qanun və qayda: Cinayət niyyəti”, “Detektiv Raş”, “Xəfiyyə”, “Kasl”, “Ovsunlanmışlar” televiziya seriallarında epizodik rollarda çəkilib. Yalnız 2015-ci ildə Riqan 2002-ci il eyniadlı filmin sikvelində FOX “Xüsusi rəy” teleserialında baş rolda çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Laura_Regan

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç