Nat Fakson

Nat Fakson

Ssenarist

BİOQRAFİYA

Nataniel “Nat” Fakson – 11 oktyabr 1975-ci ildə ABŞ-ın Boston şəhərində (Massaçusets ştatında) anadan olub.  Erkən illərini Mançester-bay-Si şəhərində dəniz sahilində keçirib. Orada Brukfud orta məktəbində oxuyub. 1997-ci ildə Hamilton kollecinin məzunu olub. Televiziyada debütü 1990-cı illərdə baş tutub. “Bugün” tok-şousunda, “Gözlənilməz oyanış”, “Qriffinlər”, “Qross Point” və digər televiziya layihələrində görüntülənib. 2001-ci ildə eyni vaxtda iki bədii filmdə - “Terapiya” və “Səfehlər diyarı” filmlərində rol alıb. Fakson həmdə rejissor Ceyk Kezenin “Yüksəliş və enişlər: Dyü Koksun hekayəsi”, “Çox nadinc uşaqlar” komediya serialının yaradıcısı Cey Çandraşekharanın “Pivə bumu”, və Castin Timberleyk, Kemeron Diaz və Ceyson Siqel kimi tanınmış aktyorların çəkildiyi “Çox pis müəllimə” komediylarında rol alıb. 2011-ci ildə “Varislər” (2011) tragikomediyasına yazdığı ssenari ona böyük şöhrət qazandırıb. Filmdə baş rola məşhur aktyor Corc Kluni çəkilib. Film ən yaxşı adaptasiya olunmuş ssenari nominasiyasında onunla Aleksandr Peynə “Oskar” mükafatı qazandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/nat_fakson/

FİLMOQRAFİYA
Ssenarist
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç