Loren Şaffel

Loren Şaffel

Aktrisa

BİOQRAFİYA

Loren Şaffel 2 iyun 1988-ci ildə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində dünyaya göz açıb. Beş yaşından  ifaçılıq, rəqs və aktrisalıqla məşğuldur. Televiziya debütünü uşaq yaşlarında şənbə günləri yayımlanan “Fudge” adlı teleserialda gerçəkləşdirib. Yeniyetməlik illərində “Still Standing” serialında nadinc tineycer Bekka rolu ilə tanınıb. Spotlight Awards klassik mahnı müsabiqəsinin finalçısı olub. Kolumbiya Universitetində musiqi və teatr üzrə ali təhsil alıb, daha sonra Culiyard Ali Məktəbini bitirib. Daha çox “İkinəfərlik imtahan” (Admission, 2013), “Smuççini öldürməli” (Death to Smoochy, 2002), “Eldoradoya aparan yol” (El Dorado, 2000), “Stüart Litl” (Stuart Little, 1999) film və cizgi filmləri üzərində gördüyü işə və oynadığı rollara görə tanınır. Karyerası ərzində ümumilikdə 24 televiziya və kino rolu olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0769810/bio?ref_=nm_ov_bio_sm

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç