Citendra

Citendra

Aktyor

BİOQRAFİYA

Citendra (əsl adı Ravi Kapur) - hindistanlı aktyor, kino və teleprodüserdir. 1942-ci ildə Hindistanda doğulub. "Balaji Telefilms" və "Balaji Motion Pictures" şirkətlərinin təsisçisidir. 1964-cü ildə ekranlara çıxan “Daş üzərində poema” filmindən sonra ilk kommersiya uğuru qazanıb. Lakin 1967-ci ildə “Borc” filmindən sonra Citendranın populyarlığı artır. “Mast Baharon Ka Main Aashiq” musiqi nömrəsi üçün götürdüyü köynək və ayaqqabılar onun vizit kartına çevrilir. Ardınca "Caravan və Humjoli" filminə çəkilir. Citendra filmlərdəki enerji dolu rəqslərinə görə “Bollivudun hoppanan Ceki” ləqəbini alır. Onun filmoqrafiyasında 200-dən artıq baş rola çəkildiyi film var. O, Şridevi, Rina Roy, Cayaprada, Nitu Sinh, Hema Malini, Sulakşana, Pandit, Bindiya Hovsami, Mouşumi Çatterci və Rekha kimi məşhur aktyorlarla tərəf müqabili olub. Citendranın bir qızı, bir oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Jeetendra

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç