Erik Kristian Olsen

Erik Kristian Olsen

Aktyor

BİOQRAFİYA

Erik Kristian Olsen 31 may 1977-ci ildə amerikanın Yucin şəhərinin, Oreqon ştatında, ingilis dili müəlliməsi və Auqustana kollecinin bədən tərbiyəsi müəlliminin ailəsində anadan olub. Erikin ailəsi norveç əsillidir. Uşaqlığının böyük hissəsini Ayova ştatının Bettendorf şəhərində keçirib. Bettendorf orta məktəbində oxuyub. Aktyorluq sənəti ilə o qədər də maraqlanmayıb. Atası məşqçi və idman müəllimi olduğundan uşaqkən daha çox idmana maraq göstərib, hokkey komandasında çıxış edib. Bundan başqa yapon və çin dillərini öyrənib, yerli qəzetlərdə köşə yazıları və məqalələri çıxıb. Böyük qardaşı Devi Pol Olsen, keçmiş hərbi dəniz qüvvələri xüsusi təyinatlısıdır. “Dəniz polisi: Los Anceles” serialının çəkiliş meydanında dəfələrlə Erikin dublyoru olub. Orada həyat yoldaşı Daniel Rua ilə tanış olub. Erikin şəxsi həyatına gəlincə “Bəxtəvər Sem” serialının çəkilişlərində aktrisa Sara Raytla tanış olub. Onlar 2007-ci ildən uzun illər vətəndaş nikahında olublar. 2011-ci ildə nişanlandıqlarını elan ediblər. 2012-ci ildə isə Vayominqdə münasibətlərini rəsmiləşdirərək, toy ediblər. 16 avqust 2013-cü ildə cütlüyün Uayatt Oliver Olsen adlı oğlu dünyaya gəlib. 9 avqust 2016-cı ildə cütlüyün Esme Oliviya Olsen adlı qızı doğulub. Erik Olsen ailəsi ilə birlikdə Los-Anceles şəhərində yaşayır. Onun Akita-inu cinsindən olan iki iti var. Daha çox “Dəniz polisi: Los Anceles” serialında xəfiyyə Marti Diks rolu ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Eric_Christian_Olsen

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç