Maykl Uinkott

Maykl Uinkott

Aktyor

BİOQRAFİYA

Maykl Entoni Klaudio Uinkott 21 yanvar 1958-ci ildə Kanadanın Toronto şəhərində (Ontario əyaləti) anadan olub. Atası Uilyam ingilis, anası Lüçiya italyandır. Üç qardaş arasında sonbeşikdir. Qardaşı Ceff Uinkott (8 may 1956) “B” kateqoriyalı döyüş filmlərinin ulduzudur. Maykl Entoni Uinkott Culliard ali məktəbinin teatr bölməsini bitirib. Aktyor karyerasına Kanada filmlərindən başlayıb. 1979-cu ildə “Çempion adı üçün atəş” filmində kinodebütünü gerçəkləşdirib. 80-ci illərin sonlarından etibarən tez-tez Oliver Stounun filmlərinə antoqonist obrazlarına çəkilir. 1994-cü ildə Aleks Proyasın kult “Qarğa” trillerində “Top Dollar” ləqəbli cinayətkar rolunu oynayıb. Onu daha çox müstəqil rejissorlar öz ekran əsərlərinə çəkirlər.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%B8%D0%B

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç