Devid Farr

Devid Farr

Ssenarist

BİOQRAFİYA

Devid Farr – britaniyalı rejissor və ssenaristdir. Royal Shakespeare Company truppasının quruluşçu rejissorudur. 29 oktyabr 1969-cu ildə Britaniyada anadan olub. Uşaqlığı Sürey əyalətində keçib. Orta təhsilini Cilford şəhərində alıb. Daha sonra Kembric Universitetində ingilis ədəbiyyatı ixtisası üzrə ali təhsil alıb. Karyerasına elə oxuduğu universitetdə teatr rejissoru olaraq başlayıb. 1991-ci ildə Edinburq Frinc Festivalında nümayiş olunan “Slight Posession” tamaşası ilə Guardian Student Drama Award mükafatını qazanıb. Kinoda daha çox ssenarist olaraq, xüsusilə “Qorxaqların söhbəti” (1994), “Hanna” (2011) filmləri və “Kabuslar” (2002-2011) serialı üzərində gördüyü işə görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/David_Farr_(theatre_director)

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç