Co Viterelli

Co Viterelli

Aktyor

BİOQRAFİYA

Cozef “Co” Viterelli 10 mart 1937-ci ildə Nyu-Yorkun Bronks rayonunda italyan mühacirlərin ailəsində anadan olub. Aktyor olmazdan əvvəl Nyu-Yorkda bizneslə məşğul olub. Tezliklə aktyor və rejissor Leo Pennlə (aktyorlar - Şon Penn və Kris Pennin atası) tanış olub. Onun xarizmatik xarici görünüşünün olduğunu görən Penn Viterelliyə özünü kinoda aktyor olaraq sınamağı tövsiyə edib. Ancaq onu dilə tuta bilməyib. Bir neçə ildən sonra bir daha onu aktyor olaraq filmə çəkilməyi təklif edib, daha doğrusu bu dəfə xahiş edib. Viterelli sonda dostunun sözünü yerə salmayıb və nəticədə 30-dan çox filmə çəkilib. Co Viterelli 28 yanvar 2004-ci ildə Nevada ştatının Las-Veqas şəhərində kəskin mədə qanaxmasından dünyasını dəyişib. Ölümündən bir müddət əvvəl ürəyindən əməliyyat olunmuşdu. Aktyorun 5 övladı var: bir oğlu aktyor, digər oğlu tanınmış kino bəstəkarı Cozef Vitarellidir. “Bunu təhlil et” komediya franşizasında oynadığı Nyu-York mafia başçısı Polv Vittinin (Robert de Niro) “Celli” ləqəbli köməkçisi rolu ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Joe_Viterelli

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç