Devid Morrissi

Devid Morrissi

Aktyor, ssenarist, rejissor, prodüser

BİOQRAFİYA

Devid Mark Morrissi 21 iyun 1964-cü ildə İngiltərədə anadan olub. 18 yaşındaykən televiziyada işləməyə başlayır. 1983-cü ildə “Bir yay” teleserialındakı rolu ilə Britaniyada məşhurlaşıb. Dram sənəti üzrə Kral akademiyasına daxil olur və dörd il Kral milli teatrında Şekspir layihəsində iştirak edir. 1990-cı illərdə Morrissi televiziya serial və filmlərində kiçik rolları ifa edir. 1998-ci ildə “Ümumi dostlarımız” və “Hilari və Ceki”, 2000-ci ildə “Səslər”, 2001-ci ildə “Kapitan Korelli” filmlərində çəkilir. 2003-cü ildə Morissi “Böyük oyun” mini serialında Stiven Kollinz roluna görə ən yaxşı aktyor kateqoriyasında Britaniya televiziya akademiyasının mükafatına namizəd olub. "Saziş” filmində Böyük Britaniyanın baş naziri Qordon Braun roluna görə Kral televiziya Cəmiyyəti mükafatlandırma mərasimində mükafata sahib olub. “Əsas instinkt 2” (2006), “Jatve” (2007) filmlərində baş rollarda çəkilir. 2008-ci ildə Morissi teatr səhnəsinə qayıdır və rejissor Nil Labyutanın "In a Dark Dark House" tamaşasında, 2011-ci ildə “Makbet” Liverpul tamaşasında baş rolda oynayır. 2011-ci ildən “Gəzən ölülər” Amerika teleserialında çəkilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/David_Morrissey

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç