Keti Beyker

Keti Beyker

Aktrisa

BİOQRAFİYA
Ketrin Beyker 8 iyun 1950-ci ildə Texasda (ABŞ) doğulub. Uşaqlığı Nyu-Meksikoda keçib. 1970-ci illərdə Kaliforniya İncəsənət İnstitutunda aktyorluq dərsləri alır. 1977-ci ildə isə Kaliforniyanın Berkli Universitetində fransız dili üzrə bakalavr dərəcəsini alıb. Beykerin aktrisa kimi debütü 1983–cü ildə kiçik rolda çəkildiyi “Sizə nə lazımdır” filmində olub. 1980-cı illərdə “Küçə oğlanı” (1987) və “Ata” (1989) filmlərinə çəkilsədə, yalnız aktrisa kimi 1990-cı illərdə tanınıb. Bu illərdə fəal kino və televiziyada çəkilib. Daha çox “Edvard əllər qayçı” (1990), “Mister Frost” (1990), “Cennifer səkkiz” (1992), “Quduz it və Qloriya” (1993) və “Şərabçıların qaydası” (1999) filmlərindəki rolları ilə tanınıb. Televiziyada “Qılıncoynatma zastavası” serialındakı uğurlu rolundan sonra “Qızıl qlobus” və üç “Emmi” mükafatı qazanıb. 2000-ci ildə Beyker “Qadın sirrləri” (2000), “Şüşə ev” (2001), “Soyuq dağ”  (2003), “13-dən 30-a” (2004), ”Kral ailəsi” (2006) “Ceyn Ostinə görə həyat” (2007) film və “Bədən üzvləri”, “Gilmor qızları”, “Ehtiras anatomiyası” seriallarındakı rolları ilə daha çox məşhurlaşıb. Hal-hazırda Keti Beyker ikinci həyat yoldaşı Stiven Robmanla Cənubi Kaliforniya ştatında yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D0%B9%D...

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç