Mixil Heysman

Mixil Heysman

Aktyor

BİOQRAFİYA

Mixil Heysman 18 iyul 1981-c ildə Hollandiyanın şimal bölgəsində anadan olub. Aktyorluq karyerasına hələ yeniyetmə olarkən qədəm qoyub, yerli televiziya layihələrində iştirak edib. 10 il sonra Birləşmiş Ştatlara köçüb. 2010-2013-cü illərdə HBO telekanalının “Trimey” serialına çəkilib. Paralel olaraq ABC telekanalının “Neşvil” serialında rol alıb. 2014-cü ildə Heysman HBO-nun yüksək reytinqli “Taxt Oyunları” serialında Daario Naharis roluna dəvət alıb. Eyni zamanda BBC America-nın “Qara övlad” serialının aktyor heyətinə qoşulub. Yaradıcılıq arsenalında 47 televiziya/bədii film və serialda rolu olub. Son işləri - “Amerika arzusu” (American Dream, 2019) filmində Niki Novençenko, “Qırmızı Dəniz Dayvinq Kurortu” (2019) filmində Yakob Ceky Vulf rolu sayılır. Daha çox ABŞ teleməkanının populyar seriallarında canlandırdığı obrazlara yadda qalıb. Heysman holland aktrisası Tar Elderslə ailə qurub. 2007-ci ildə qız övladı dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Michiel_Huisman

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç