Kennet Uelş

Kennet Uelş

Aktyor

BİOQRAFİYA

Kennet Uelş – kanadalı kino və televiziya aktyorudur. Daha çox “Aviator” və “Twin Peaks” filmlərində canlandırdığı antaqonist obrazlarla yadda qalıb. Aktyor 30 mart 1942-ci ildə Kanadanın Alberta əyalətinin Edmonton şəhərində anadan olub. Atası Kanada Milli Dəmiryolu xidmətində çalışıb. Uşaqlığı doğma şəhəri – Albertada keçib. Məktəb illərindən dram sənətinə maraq göstərib. Monreala köçdükdən sonra Milli Teatr Məktəbinə daxil olub. Məzun olduqdan sonra karyerasının yeddi ilini səhnədə keçirib. 1984-cü ildə ən yaxşı aktyor nominasiyasında “Genie Award” mükafatına namizəd olub. “Aviator” (2004), “Boz bağlar” (2009), “Payız əfsanələri” (1994) və digər filmlərin, “Məxfi Materiallar” (1993-2002), “Praktika” (1997-2004), “Tvin Piks” (1990-1991) seriallarının çəkilişi və səsləndirilməsində iştirak edib. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_11533/kenneth-welsh   

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç